Ali Seçki Qurumu müğənni İbrahim Tatlısəsin də arasında olduğu 4 millət vəkili namizədinin namizədlikdən çəkildiyini açıqlayıb.
“Qafqazinfo”Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Seçki Qurumun mövzuya bağlı qərarı “Resmi Gazete”də nəşr olunub.
Qərarda Səadət Partiyasından Zeynep Konak, BBP İstanbul 3-cü Region 9-cı sıra millət vəkili namizədi Serdar Güldalı və Şanlıurfa müstəqil millət vəkili namizədləri İbrahim Tatlısəs və İbrahim Torunun namizədlikdən çəkildikləri bildirilib.