Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Hüsnü Mübarək azad olundu – Məhkəmə qərarı

Hüsnü Mübarək azad olundu – Məhkəmə qərarı

Martın 13-də Misirin Baş prokurorluğu Hüsnü Mübarəkin azad olunması barədə yekun qərarı təsdiqləyib.
TASS informasiya agentliyi xəbər verir ki, bunu keçmiş prezidentin vəkili Fəridə əd-Dib bildirib.
Misirin keçmiş dövlət başçısının vəkili bir neçə gün bundan əvvəl Hüsnü Mübarəkin hökmü üzrə həbs müddətini başa vurduğu üçün azad olunması barədə müraciət etmişdi. Uzun müddət Qahirədəki hərbi hospitalda yatan keçmiş prezidentin bu yaxınlarda xəstəxanadan evə buraxılacağı bildirilir.
Xatırladaq ki, martın 2-də kasasiya məhkəməsi 2011-ci il yanvar inqilabı zamanı nümayişçilərin atəşə tutulması işi üzrə Hüsnü Mübarəkə bəraət verib və onun üzərindən bütün ittihamları götürüb.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın