Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Hücum zamanı yaralanan suriyalı uşaq: ”Kəsməyin təzə paltarlarımı” – VİDEO

Hücum zamanı yaralanan suriyalı uşaq: ”Kəsməyin təzə paltarlarımı” – VİDEO

Suriya rejimi və Rusiya ordusuna aid qırıcı təyyarələrin Hələbdə müxaliflərin idarəsi altında olan bölgələrə hava hücumları davam edir.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, mayın 30-u Hələbə qarşı ən azı 170 hava hücumu təşkil olunub.
Hücumlar nəticəsində ikisi uşaq olmaqla 15 nəfər həyatını itirib.
Hücumlar zamanı yaralanan vətəndaşların vəziyyəti jurnalistlər tərəfinfən lentə alınır. Əhməd Cəmili də rejimin hava hücumları zamanı yaralanan uşaqlardan biridir. Ona göstərilən ilk yardım zamanı çəkilən görüntülərdə Əhmədin gözyaşları içərisində “Kəsməyin mənim təzə paltarlarımı. Onları dünən almışdıq” deyə sitəm etməsi həkimləri kövrəldib.
Həmin görüntüləri sizlərə təqdim edirik:

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın