Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Hotellərdə Yeni ili qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR

Hotellərdə Yeni ili qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR

Yeni il gecəsini hotel mühitində qeyd etmək bəziləri üçün ənənə, bəziləri üçün isə rahatlıqdır. Niyə də olmasın?! Evinizin təmizliyi pozulmur, qab-qacaqlarınız təmiz qalır. Əvəzində qulluğunuzda yüzlərlə insan dayanır, sizi əyləndirirlər. Bəs bütün bu lüksün qiyməti neçəyə başa gəlir? 

“Hilton” 

Əvvəlcə “Hilton” hoteli ilə maraqlandıq. Öyrəndik ki, 31.12.2017-1.1.2018-ci il tarixinə hotelin bütün standart otaqları rezerv olunub. Sadəcə, lüks otaqlar boşdur. Yeni il gecəsi üçün iki nəfərlik lüks otağın dəyəri 958 manat təşkil edir. Qeyd edək ki, ödənişə səhər yeməyi və ƏDV daxildir.

“JW Marriott Absheron Baku”

Bu hoteldə Yeni il gecəsini ancaq “premier” otaqlarda keçirmək mümkündür. Çünki bugünkü tarixə həmin otaqlar boşdur. Otağın 31.12.2017- 1.1.2018-ci il tarixinə qiyməti ƏDV daxil 904 manatdır. Ödənişə səhər yeməyi də daxildir.

“Four Seasons Hotel Baku”

Bu hoteldə isə qeyd etdiyimiz tarixə boş otaq qalmayıb. Qeydiyyat şöbəsindən bildirildi ki, bütün otaqlar rezerv edilib.

“Holiday Inn Baku”

Hoteldə standart otağın ödənişi 250 manat, lüks otaq isə 350 manat təşkil edir. Ödənişə səhər yeməyi və ƏDV daxildir.

“Sheraton Baku Airport”

Hoteldə Yeni il gecəsi lüks otağın dəyəri 369 manatdır. Səhər yeməyi ödənişə daxil deyil.

“Fairmont Baku”

Bayramla əlaqədar bu hoteldən ancaq 3 günlük – 30.12.2017 – 1.1.2018 otaq rezerv etmək olar. Hoteldə dəniz mənzərəli otağın 1 gecəlik qiyməti 580 manat, şəhər mənzərəli otaq isə 520 manatdır.

Bölgələrə gəlincə, burada da hotellərin qiymətləri aşağı deyil. Xüsusilə bölgələrdə fəaliyyət göstərən hotellər bayram proqramları planlaşdırırlar.

“Marxal Resort & Spa”-da Yeni ili qarşılamaq 1170 azn-dən başlayan qiymətlərədir.

Qiymətə daxildir:

• 2 nəfər – 3 gecə 4 gün standard otaqda yerləşmə
• Səhər və şam yeməyi
• Möhtəşəm Yeni il proqramı
• Canlı ifa və musiqi
• 3-13 yaşlı uşaqlar üçün ödənişsiz xüsusi Yeni il proqramı
• Təntənəli və zəngin Yeni il süfrəsi
• Hədiyyəli oyunlar və viktorinalar
• Müxtəlif sürpriz və hədiyyələr

“Quba Rixos Hotel”də 31.12.2017 – 03.01.2018 tarixlərində istirahət etmək adambaşına 1000 manatdır. Deluxe dağ mənzərəli otaq – 1000 AZN, Deluxe göl mənzərəli otaq – 1050 AZN, Junior suite – 1100 AZN təşkil edir.

Onu da qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi Yeni illə bağlı hotellərin əksəriyyətində yer qalmadığını açıqlayıb. Məlum olub ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti bayramı ölkədə keçirməyi qərara alıb. Bunun üçün də yerlərdə konsert proqramları və əyləncələrin təşkilinə xüsusi önəm verilir.

O ki qaldı qiymətlərə, nazirliyin münasibəti birmənalıdır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirir ki, Azərbaycandakı hotellərin qiymət siyasəti dünya miqyası ilə müqayisədə yüksək deyil. Hotellərdə bayram ərəfəsində və həftəsonlarında qiymətlərın artması beynəlxalq təcrübədən irəli gəlir.

Onun sözlərinə görə, hazırda Azərbaycan hotelləri hər bir potensial turistə müvafiq qiymətlər təqdim edir. Bəzi hotellərdə qiymətlər 50 manata qədərdir, bəzilərində də 1000 manatdan bahadır. Azərbaycan turizm bazarı öz inkişafı ilə düzgün siyasətin aparıldığını göstərir.(Oxu.az)

Həmçinin oxuyun

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar …