Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Hollandiyadakı türklər konsulluğun qarşısına toplaşıb – polis güc tətbiq edib (VİDEO)

Hollandiyadakı türklər konsulluğun qarşısına toplaşıb – polis güc tətbiq edib (VİDEO)

Hollandiyada yaşayan türklər konsulluğun qarşısına axışıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya Rotterdamdakı Konsulluğa gələcəyini bəyan etdikdən sonra ölkədəki türklər həmin ünvana axın ediblər. Onlar “Türkiyə yalnız deyil”, “Türkiyəni tək qoymayacağıq” şüarları səsləndiriblər. Bildirilir ki, Hollandiya polisi sıx təhlüksəzilik tədbirləri həyata keçirib. Belə ki, toplaşan insanları dağıtmaq üçün polislər atlardan və köpəklərdən istifadə edib. Əllərində türk bayrağı olan insanların artmaması üçün həmin isiqamətdə olan yollar bağlanılıb.

Hollandiya polisi türkiyəli nazirin avtomobilinin saxlanılmasına qarşı çıxan türk etirazçılarını dağıtmaq üçün gücdən istifadə edib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, polis əməkdaşları etirazçılara qarşı dəyənəklərdən istifadə ediblər.

İnsident zamanı bəzi etirazçıların xəsarət aldığı bildirilir. Ərazidən uzaqlaşdırılan etirazçılar əllərində plakatlar qaldıraraq etirazlarını davam etdirirlər.

Aygün,
Musavat.com

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın