Ana səhifə / İqtisadiyyat / Hökumət maliyyə amnistiyasına hazırlaşır

Hökumət maliyyə amnistiyasına hazırlaşır

Milli Məclisə maliyyə amnistiyası haqqında sənəd daxil olacaq.

Bu barədə “Report”a Milli Məclisdəki mənbə məlumat verib.

Mənbə bildirib ki, gələn həftə Milli Məclisə maliyyə amnistiyası haqqında sənəd daxil olacağı gözlənilir.

“Yeni Müsavat” bildirir ki,  Azərbaycanda zaman-zaman maliyyə amnistiyasının verilməsi ilə bağlı təkliflər səsləndirilib. Təkliflərə görə, gizli iqtisadiyyatla mübarizə sahəsində səmərəliliyin əldə edilməsi üçün maliyyə amnistiyasının olması zəruridir.   Dünya təcrübəsində maliyyə amnistiyası kapital hərəkəti və vergi borcları ilə bağlı olur. Bu cür amnistiyalar əvvəllər gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilən gəlirlərin tam və ya qismən leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsi, ölkə ərazisindən çıxarılaraq xarici banklarda və şirkətlərdə saxlanılan qeyri-leqal kapitalın geri qaytarılması və əvvəllər yaranan vergi-borc öhdəliklərinin bağışlanması üçün iqtisadi şəraitin yaradılmasına yönəldilın tədbirləri əhatə edir.

Vergi amnistiyası” sahibkarların xeyrinə işləyəcək , yoxsa ...

Təcrübədə maliyyə amnistiyalarının əhatə dairəsinə görə tam və ya qismən həyata keçirilməsi var. Tam amnistiya iqtisadiyyatın bütün sahələrində və hər növ əməliyyatlara şamil edilir. Qismən amnistiya isə subyektlər üzrə, həmçinin iqtisadiyyatın bu və ya digər sahələrində seçmə yolla həyata keçirilir.

Maliyyə amnistiyası təcrübəsindən həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr istifadə edib. Təcrübə göstərir ki, maliyyə amnistisiyası faydalıdır. Bu tədbirlərdən sonra gizli iqtisadiyyatın leqallaşdırılması, vergitutma bazasının genişləndirilməsi və vergi gəlirlərinin artırılması, makroiqtisdi göstəricilərin yaxşılaşdırılması, iqtsadiyyata əlavə investisiya cəlb edilməsi, kapitalın xaricə axınının qarşısının alınması və ölkədən çıxarılan kapitalın repatriasiyası və s. istiqamətdə böyük fayda verib.

Mühasib » HR Azərbaycan - Azərbaycanın ilk İnsan Resursları portalı

Azərbaycana yaxın ölkələrdən Rusiyada çoxdan kapital amnistiyası tətbiq olunur. Şimal qonşumuz ilk kapital amnistiyasını 2015-ci ildə elan edib.

Bu il martın 31-də iqtisadiyyat naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin qəbulunda kapital və əmlak amnistiyasının olmasını təklif etmişdi. “Neft-qaz gəlirlərinin əvəz edilməsinə yönəlmiş siyasəti həyata keçirmək niyyətindəyik. Spesifik olaraq kölgə iqtisadiyyatı mövzusu da müzakirə olunub. Bu gün sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektorun nümayəndələri, istər bank sektorunun nümayəndələri, istərsə də Azərbaycan Banklar Assosiasiyasının (ABA) təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətə, kapital və əmlak amnistiyasına baxılmasının vəsatətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə, sizin diqqətinizə təqdim edəcəyik” – deyə, nazir bildirmişdi. 

Qubad İbadoğlu barədə xəbərlər - AZƏRBAYCAN24

İqtisadçı alim Qubad İbadoğlu hökumətin bu hazırlığı haqda danışarkən bu addımın gizli iqtisadiyyatın leqallaşmasına gətirib çıxaracağını demişdi.  “Amma təbii ki, amnistiya nəticəsində ortalığa çıxan kapital resursları tam və ya qismən leqallaşdırılarsa, bəyan edilən aktivlərin reportasiyası stimullaşdırılarsa, xaricə aparılan kapital geri qaytarılarsa, təbii ki, müəyyən mənada gizli iqtisadiyyatın miqyasının kiçilməsinə gətirib çıxara bilər”.  İqtisadçı “Turan”ın müxbiri ilə söhbətində  demişdi ki,  iqtisadiyyat nazirinin təşəbbüsü ilə kapital və əmlak amnistiyası olsa, bu mərhələdən sonra gəlirlərin və əmlakın bəyannaməsinə də keçid təminatı ola bilər: “Bu, sanki elə bil gəlirlərin və əmlakın bəyannaməsinə hazırlıq kimi də dəyərləndirilə bilər ki, artıq kapital və əmlak  leqallaşır, ondan sonra isə bəyan edirlər ki, həqiqətən malik olduqları əmlak və kapital bu qədərdir. Bu istənilən halqa korrupsiyaya qarşı mübarizə istiqamətində yeni bir mərhələnin başlanğıcı ola bilər”.

“Kapital və əmlak amnistiyası maliyyə amnistiyası deməkdirmi” sualına isə iqtisadçı belə cavab vermişdi:  “Ölkədə investisiya mühiti əlverişli olmayanda və eyni zamanda oğurlanmış kapitalı ölkədə reallaşdırmaq müəyyən suallar yaradanda kapital sahibləri çalışırlar ki, onu xaricə çıxarsınlar. Əmlakla bağlı bunu demək mümkün deyil. Çünki əmlak istənilən halda daşınan deyil. Daşınmaz olduğuna görə mütləq olduğu ölkədə qalır. Amma kapitalı Azərbaycandan kənara çıxaranlar kifayət qədər çoxdur. Bu baxımdan bu istiqamətdə müəyyən bir fəaliyyətin qurulması pis olmazdı”. 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …