Cümə , Avqust 12 2022
Ana səhifə / İqtisadiyyat / “Hökumət sərt qərar versə, inflyasiyanın sürəti daha da artacaq”

“Hökumət sərt qərar versə, inflyasiyanın sürəti daha da artacaq”

Xəbər verdiyimiz kimi, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, Azərbaycan Aİ-95 premium markalı benzini xaricdən alır.
Xaricdə qiymət artımı ilə əlaqədar olaraq Azərbaycanda da qiymət qalxıb:

“Aİ-95 premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Bir neçə il öncə Aİ-95 markalı benzinin qiyməti Tarif Şurasının siyahısından çıxardılıb. Ancaq o vaxt elan olunmuşdu ki, rəqabətli mühitdə qiymətlər formalaşacaq, qiymət tənzimlənməsi baş verəcək. Təəssüf ki, bu, baş vermədi. Ölkəyə Aİ-95 markalı benzini yalnız bir şirkət gətirir. Bu da SOCAR-ın törəmə şirkətidir. SOCAR-ın rəqibi və başqa alternativi yoxdur, ona görə də qiyməti istədiyi kimi diqtə edir “.

N. Cəfərlinin dediyinə görə, Aİ-95 premium markalı benzin logistikada, yükdaşımada, kənd təsərrüfatında istifadə olunmur. Bu səbəbdən onun bahalaşması birbaşa qiymətlərə təsir etməsə də, ölkəyə yeni avtomobillərin gətirilməsinə mənfi mənada təsir edəcək.

Dizelin və Aİ-92 markalı benzininin bahalaşıb-bahalaşmayacağı məsələsinə də toxunan iqtisadçı qeyd edib ki, bu barədə qəti fikir söyləmək olmaz: “Aİ-92 markalı benzinin və dizelin də qiymətləri dövlət tərəfindən tənzimlənir. Əgər qərar veriləcəksə, dövlət tərəfindən veriləcək. Çünki ölkəmizdə çox ciddi inflyasiya var. Dizel və “Aİ-92″ markalı benzin isə kənd təsərrüfatında və ərzağın daşınmasında maya dəyərinin əsas hissəsini təşkil edir. Əgər hökumət belə bir sərt qərar versə, ölkədə inflyasiyanın sürəti daha da artacaq ki, bu da sosial problemləri gərginləşdirəcək. Əhalinin sosial vəziyyəti daha da ağırlaşacaq”.

Həmçinin oxuyun

AZAL-ın qiymətləri utancvericidir – Çingiz Qənizadə

“Ötən gün Bakı hava limanında elektrik enerjisinin verilişində uzun müddət fasilə yaranması xoşagələn hal deyil. Hesab edirəm …