Bazar ertəsi , May 23 2022
Ana səhifə / İqtisadiyyat / Hökumət dizel yanacağı, benzin, su, elektrik və qazın qiymətini 20% endirir… – TƏKLİFLƏR

Hökumət dizel yanacağı, benzin, su, elektrik və qazın qiymətini 20% endirir… – TƏKLİFLƏR

“Hökumət deyir ki, 2 həftəyə qiymət artımının, inflyasiyanın qarşısını almaq üçün təkliflər hazırlayacaq. Qiymət artımının qarşısını almaq üçün yollar bəllidir”.

Bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli təkliflərini açıqlayıb: 1) Hökumət tənzimlənən qiymətləri, dizel yanacağı, benzin, su, elektrik və qazın qiymətini 20% endirir, 2) Ölkədə istehsalı olmayan, və ya çox az olan məhsullara, yəni ərzaq və dərmanlara tədbiq etdiyi gömrük rüsumlarını sıfırlayır, ƏDV-i isə kəskin azaldaraq 5%-ə çəkir, 3) Ölkədə inhisarçılığın qarşısı alınır, Rəqabət Məcəlləsi qəbul edilir, məmurlar biznesdən rədd olur, 4) Aqrar və iqtisadiyyatın digər sahələrində orta/kiçik sahibkarlar üçün ucuz və uzunmüddətli kreditlərin verilməsi üçün Dövlət İnvestisiya Bankı yaradılır, bu bank yalnız aqrar sektora və kiçik-orta biznesə minimum 3 illik, maksimum 5%-lə kreditlər verir. Paralel olaraq idarəetmə islahatları da aparılır, bu haqda da çox yazmışıq – Yeni Konstitutsiya qəbul edilməlidir. Bütün bunlardan sonra inflyasiyanı cilovlamaq mümkün ola bilər.

Həmçinin oxuyun

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı 23 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, …