Cümə , Yanvar 22 2021
Ana səhifə / İqtisadiyyat / Hökumət artan xərcləri necə qarşılasın – ŞƏRH

Hökumət artan xərcləri necə qarşılasın – ŞƏRH

Koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına ciddi zərər vurdu və vurmağa davam edir. Ölkənin pandemiya və onun müxtəlif sahələrə, vətəndaşlara vurduğu zərərləri aradan qaldırmaq üçün xərclədiyi vəsaitin həcmi 2 milyard manatdan yuxarıdır. Xərclərin artması ilə yanaşı, dövlətin gəlirlərində də kəskin azalma var. Bir tərəfdən əsas gəlir mənbəyimiz olan neftin dünya bazar qiymətindəki ucuzlaşma nəticəsində 4 milyard manata yaxın mümkün gəlirdən məhrum olmuşuq. Eyni zamanda pandemiyadan zərərçəkən sahələrə verilən vergi və sosial güzəştlər, həmçinin xarici ticarətin həcmində azalmalar nəticəsində dövlət büdcəsinə vergi-rüsum daxilolmalarında kəskin azalma var.

Pandemiya ilə eyni vaxtda Azərbaycanın işğal altında olan ərazilərini azad etmək uğrunda həyata keçirdiyi 44 günlük hərbi əməliyyatlar kifayət qədər böyük vəsaitlər hesabına başa gəlib. Nəhayət, qarşıda azad olunan 900-dək tamamilə dağıdılmş yaşayış məntəqəsini bərpa etmək kimi ağır proses durur. İlkin qiymətləndirmələrə görə, bu proses on milyardlarla dollar vəsait tələb edəcək.

Azərbaycan dövləti bu qədər ağır xərclərin öhdəsindən gələ biləcəkmi? Məlumdur ki, ölkənin əsas gəlir mənbəyi neftdir. Neftin qiymətindəki azalma ondan gəlirlərimizi də kəskin azaldıb. Rəsmi məlumatlara əsasən, bu ilin on ayında Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çiraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 3 miyard 336 milyon dollar təşkil edib.

Bundan başqa, on ayda fonda “Şahdəniz” yatağından qaz və kondensat satışından 276 milyon dollar daxil olub.

Neft Fondu faktiki olaraq Azərbaycanda təhlükəsizlik yastığı rolunu oynamağa başlayıb. Pandemiyanın zərərlərini qarşılamaq üçün avqust ayında dövlət büdcəsinə edilən dəyişikliklərdən sonra Neft Fondundan büdcəyə transfertin həcmi 850 milyon manat artırılaraq 12 milyard 200 milyon manata çatdırılıb. İndi isə ölkə koronavirusun daha ağır dalğası ilə üzləşib. Nazirlər Kabneti yanında Operativ Qərargah ən azı 2 həftəlik sərt karantin tədbirlərinin qaçılmaz olduğu qənaətindədir. Bu isə iqtisadiyyatın zərərlərinin daha da artması deməkdir. Bu, eyni zamanda dövlətin biznesə, ev təsərrüfatlarına yönəlik dəstək tədbirlərinin dəyərinin artması deməkdir.

Bakupost.az - Məhkəmədən Natiq Cəfərlinin şikayəti ilə bağlı QƏRAR

Baş verənlər göstərir ki, Vətən müharibəsi ilə bağlı müzakirələri təxirə salınan dövlət büdcəsi layihəsinə xərclərin artırılması baxımından dəyişikliklər olunması zərurəti yaranıb. İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu il Neft Fondunun gəlirləri 7,8 milyard manat, xərcləri isə 12,5 milyard manat olacaq: “Bu, fondun büdcəsində 4,7 milyard manat kəsirin yaranması deməkdir və kifayət qədər ciddi rəqəmdir.

2021-ci ilin büdcəsi hələ parlamentə təqdim edilməyib, səbəbi məlumdur – Ordumuzun əks-hücum və işğaldan təmizləmə əməliyyatı uğurla başa çatdı, Vətən torpaqlarının böyük hissəsi işğaldan azad edildi, deməli, gələn ilin büdcəsində torpaqların təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsi və infrastruktur layihələri üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq. Deməli, gələn il büdcə xərcləri ciddi artmalıdır – bunun üçün isə tək bir mənbə var, o da Neft Fondudur”.

Ekspert deyir ki, bu il Azərbaycanda iqtisadiyyat 4-4,5 faiz daralacaq: “ÜDM azalacaq, biznes çox ağır durumdadır deyə gələn il vergi daxilolmalarında ciddi artım olmayacaq, insanların alıcılıq qabiliyyəti düşüb deyə gömrükdən də daxilolmalar azalır, azalacaq. İqtisadiyyatın ”ağardılması” hesabına son 3 ildə hər iki istiqamətdə daxil olan vəsaitin artımı artıq öz effektini itirdi – nə qədər mümkün idisə o qədər “ağartdılar”, deməli, daxili potensial artmalı, əlavə gəlir yaranmalıdır ki, vergi-gömrük daha çox pul yığsın, bu isə 2021-ci ildə mümkün deyil.

Əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15 faiz artacaqsa, deməli, gələn il Neft Fondundan 4-5 milyard manat əlavə pul götürülməlidir. Yəni fonddan azı 17 milyard manat pul çıxmalıdır ki, bu da indiki məzənnə ilə 10 milyard dollar edir. 2021-ci ildə fond, ən yaxşı halda 8 milyard manat qazanacaq, deməli, fondun 2021-ci il kəsri 9 milyard manat səviyyəsində olacaq ki, bu da çox böyük rəqəmdir. Bir sözlə, bütün yükü fondun üzərinə yıxsaq, bu, dayanıqlı model olmayacaq”.

N.Cəfərlinin fikrincə, yaranmış vəziyyətdə yüngül devalvasiyaya gedib (15-20 faiz) fondun dollar ehtiyatlarına bir az qənaət etmək lazımdır: “Paralel olaraq ucuz manatdan da istifadə edib işlək, rəqabətli iqtisadi model qurulmalıdır – başqa yol şəxsən mən görmürəm. Biz işğaldan azad edilən torpaqların bərpasını və yeni şəhər-qəsəbələrin salınmasını yaxın 5-10 il üçün iqtisadi artımın əsas motoruna, lokomotivinə çevirməliyik – bunun üçün isə tək Neft Fondu kifayət deyil”… Musavat.com

Həmçinin oxuyun

Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb – ŞOK İDDİA

Təxminən iki il öncə, 2019-cu ilin dekabrında həmin vaxt Dövlət Gömrük Komitəsinə (DGK) ilyarımdır rəhbərlik …