Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Hindistanda inəklər üzrə xüsusi nazirlik yaradıla bilər

Hindistanda inəklər üzrə xüsusi nazirlik yaradıla bilər

Hindistanda inəklərin saxlanılması və qorunması üzrə xüsusi nazirlik yaratmaq niyyətindədirlər.

Bu barədə Trend “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.

Ümumdünya Hinduistlər Şurası tərəfindən hazırlanmış bu təklif artıq ölkənin baş naziri Narendra Modiyə göndərilib. Hindistan parlamenti isə bu təşəbbüsə iyulda başlayacaq yeni sessiyasında baxacaq.

Təklifin niyyəti hinduistlərdə müqəddəs heyvan sayılan inəkləri kəsimdən xilas etməkdir. Təşəbbüskarların fikrincə, bunun nəticəsi kimi ölkədə süd istehsalı da artacaq.

Qeyd edək ki, Hindistanda tikilən sürətli dəmir yolu layihəsinin dəyəri 1 milyard dollar artırılıb. Buna səbəb isə dəmir yolu boyunca sərbəst hərəkət edən inəklər üçün xüsusi çəpərlərin qurulması olub.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın