Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Hindistan ordusu Pakistana hücum edib

Hindistan ordusu Pakistana hücum edib

Hindistanın hərbi qüvvələri Kəşmirin Pakistanın nəzarətində olan zonasında hərbi düşərgələri raket zərbələri ilə hədəf alıb.

Axar.az xəbər verir ki, bu barədə Hindistan ordusunun sözçüsü Aşok Narula deyib.

“Terrorla mübarizə əməliyyatları çərçivəsində qüvvələrimiz nəzarət məntəqəsindən sonra cavab tədbirləri görməkdədir. Terrorçuları dəstəkləyən Pakistan ordusu cəbhədə təxribat həyata keçirir”, – ordu rəsmisi bildirib.

Pakistan tərəfi isə səsləndirilən iddiaların əsassız olduğunu deyib.

Qeyd edək ki, Kəşmir də daxil olmaqla, bir sıra ərazilər hələ də Hindistan və Pakistan arasında mübahisəli olaraq qalır.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın