Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Hillari Klinton prezidentliyə namizədliyini aprelin 12-də bəyan edəcək

Hillari Klinton prezidentliyə namizədliyini aprelin 12-də bəyan edəcək

ABŞ-ın keçmiş dövlət katibi və keçmiş birinci xanımı Hillari Klinton aprelin 12-də prezidentliyə namizədliyini irəli sürəcəyini rəsmən bəyan edəcək.

APA-nın məlumatına görə, bu barədə “New York Daily News” siyasətçiyə yaxın mənbəyə istinadən xəbər yayıb. Ehtimal edilir ki, H. Klinton videomüraciət edəcək və bu, sosial şəbkələrdə yayılacaq.

Xatırladaq ki, H. Klinton Demokratlar Partiyasından ola biləcək potensial namizədlər arasında ən nüfuzlusu hesab olunur. Ekspertlər hesab edirlər ki, bu dəfə onun namizədliklə bağlı ilkin mərhələni keçməsi çətin olmayacaq. Daha öncə Hillari Klinton 2008-ci ildə ölkə prezidentliyinə namizədlik üçün cəhd edib, lakin son nəticədə Demokratlar Partiyasından namizəd hazırkı prezident Barak Obama olub.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın