Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İqtisadiyyat / Hillari Klinton Cənubi Karolinadakı ilkin seçkini uddu

Hillari Klinton Cənubi Karolinadakı ilkin seçkini uddu

ABŞ-da bu il keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçki (praymeriz) prosesi davam edir.

Virtualaz.org xarici KİV-lərə istinadən bildirir ki, Demokrat Partiyasından ABŞ prezidenti postuna namizədliyə iddialı sabiq dövlət katibi Hillari Klinton Cənubi Karolina ştatında keçırilən ilkin seçkidə 74 faiz səs toplayarq inamlı qələbə qazanıb

Qeyd edək ki, Cənubi Karolina Demokrat Partiyasından namizədlik uğrunda mübarizə aparan 68 yaşlı Hillari Klintonun və 74 yaşlı senator Berni Sandersin qüvvələrini sınadıqları dördüncü ştat olub. Hazırda Klintonun hesabında partiya nümayəndələrinin 550, onun rəqibinin aktivində isə cəmi 85 səsi var. Bu partiyadan prezident postuna iddialı şəxs namizədliyini təmin etmək üçün milli qurultayda 4764 nümayəndədən 2383-nün dəstəyini qazanmalıdır.

Onu da qeyd edək ki, martın 1-də eyni vaxtda 11 ştatda və Amerika Samoasında ilkin seçkilər və partiya fəallarının yığıncaqları keçiriləcək. Bu, prezident postuna namizədlik uğrunda mübarizənin mühüm mərhələsi hesab olunur.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-nə təyin olunub. Ondan əvvəl isə rəqib partiaların qurultaları da keçirilməlidir. Yeri gəlmişkən, Demokrat Partiyası öz qurultayını iyulun 25-28-də Filadelfiyada, Respublika Partiyası iyulun 18-21-də Klivlenddə keçirəcək.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …

Bir cavab yazın