Bazar , Yanvar 16 2022
Ana səhifə / İqtisadiyyat / “Hibrid və elektrik avtomobilləri gömrük rüsumundan azad olunacaq” – RƏSMİ

“Hibrid və elektrik avtomobilləri gömrük rüsumundan azad olunacaq” – RƏSMİ

“Avtonəqliyyat vasitələrinin rüsumlarının, aksizlərinin yuxarı və ya aşağı olması Dövlət Gömrük Komitəsinin səlahiyyətində deyil”.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib. Onun sözlərinə görə, hökumət tərəfindən müvafiq qərarlar qəbul olunub, dövlət orqanları da bunu icra edir.

“Bugünkü gündə tətbiq olunan vergi və rüsumlar hələ ki, bir neçə il bundan qabaq qəbul olunmuş qaydalara uyğun olur. Son dövrlərdə hər hansı artım nəzərdə tutulmamışdı. Hətta gələn il hibrid və elektrik nəqliyyat vasitələrini gömrük rüsumlarından hələlik azad olunması ilə bağlı müvafiq tədbirlər görülüb. Yaxın günlərdə yəqin ki, bu barədə tam imzalandıqdan sonra ictimaiyyətə açıqlanacaq. Bu tədbirlər ona görə aparılır ki, avtomobil parkımız həm yenilənsin, həm də uzun müddət istismarda olan nəqliyyat vasitələrinin Azərbaycana idxalı qarşısı alınsın”.

Həmçinin oxuyun

Türkiyədə yaxın həftələrdə dollardan imtina prosesi sürətlənəcək

Yaxın həftələrdə valyuta aktivlərinin ABŞ dollarından türk lirəsinə çevrilməsi sürətlənəcək. Bu barədə Türkiyənin xəzinə və …