Şənbə , Yanvar 29 2022
Ana səhifə / İqtisadiyyat / Hibrid avtomobillərin vergidən azad edilməsi bir işə yarayacaqmı? (ŞƏRH)

Hibrid avtomobillərin vergidən azad edilməsi bir işə yarayacaqmı? (ŞƏRH)

“Vergi və rüsumlardan azad olunsa da, hibrid və elektron avtomobillərin qiymətinin baha olması ölkəmizdə onların alışına geniş marağın yayılmasına səbəb olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli istehsal tarixi 3 il və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxal və satışının bu ilin yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilməsinə münasibət bildirərkən deyib: 

“Bu güzəştlər istehsal tarixi son 3 ilə aid olan hibrid avtomobillərilə bağlı qərardır. Deməli, daha köhnə avtomobilləri gətirən insanlar həmin güzəştlərdən yararlana bilməyəcəklər. Ona görə də qərar pozitiv olsa da, onu son 3 illə məhdudlaşdırılması doğru yanaşma deyil. Çünki son 3 ildə istehsal olunan hibrid və elektrik avtomobillərinin alış qiyməti onsuz da bahadır. Əksər Azərbaycan vətəndaşlarının cibinə uyğun deyil. Bu səbəbdən vergi və rüsumlardan azad olunsa belə, qiymətlərin baha olması səbəbindən sözügedən avtomobillərə ölkəmizdə kütləvi maraq yaranmayacaq”. 
Amma hər bir halda, həmsöhbətimizə görə, müəyyən qisim imkanlı insanlar yəqin ki, verilmiş fürsətdən yararlanacaqlar: 
“Nəticədə müəyyən dərəcədə olsa da, ekoloji cəhətdən təmiz avtomobillərin sayında artımın olacağını müşahidə edəcəyik. Yəqin ki, yanvar-fevral aylarında bu artımı görəcəyik”. 

Həmçinin oxuyun

“Ərzaq məhsullarının qiymətinin artımı davam edəcək”

“Neftin qiymətinin bahalaşması Azərbaycana, əlbəttə ki, sərf edir, çünki dövlət büdcəsinə əlavə vəsaitlər daxil olur. …