Ana səhifə / İqtisadiyyat / Heydər Əliyevə aid olduğu deyilən maşın satışda

Heydər Əliyevə aid olduğu deyilən maşın satışda

Rusiyanın Krasnoyarsk şəhərində QAZ-12 “ZİM” markalı avtomobil internet vasitəsi ilə satışa çıxarılıb.

Azinforum.az baku.ws-ə istinadən xəbər verir ki, avtomobili satan şəxs QAZ-12 “ZİM”in əvvəllər Azərbaycanın üçüncü prezidenti, mərhum Heydər Əliyevə aid olduğunu iddia edib. 24auto.ru saytında yerləşdirilən elanda qeyd edilir ki, avtomobil 1951-ci ildə istehsal edilib.

Bəzi məlumatlara görə, maşın Azərbaycandan, Heydər Əliyevin qarajından gətirilib. Əsaslı təmirdən sonra avtomobil elektrik şüşəqaldıranla, bort kompüteri, televizor, siqnalizasiya ilə təchiz edilib. Avtomobilin qiyməti 1 mln. 410 min rubldur (21000 AZN).

QAZ-12 markalı avtomobil 1949-cu ildən 1959-cu ilə qədər Qorki Avtomobil zavodunda istehsal edilib. Bu avtomobillər daha çox partiya və hökumət nümayəndələri üçün xidməti avtomobil kimi istifadə olunurdu.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın