Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / HDP ikiyə bölündü

HDP ikiyə bölündü

PKK-nın siyasi qanadı mühafizəkarlara və radikallara bölünüb

HDP həmsədri Selaheddin Demirtaşın bəzi partiyadaşlarını “Ərdoğansevənlər” adlandırması PKK-nın siyasi qanadında yaşanan gərginliyin üzə çıxmasına səbəb olub.
Odatv.com yazır ki, bununla da HDP aylardır daxildə davam edən çəkişmə aşkar mübarizə mərhələsinə keçib: “Partiyada kürd məsələsinə, prezident Ərdoğan və hökumətlə münasibətlərə tam fərqli yanaşan 2 qrup var. Bu qruplardan biri ənənəvi kürd siyasi hərəkatı, digəri isə daha çox sol görüşlülərdir. Dekabr ayında keçirilən partiya toplatısı, yanvar ayında gözlənilən qurultay bu qrupların hesablaşma mərhələsi olacaq”.
Birinci qrup Türkiyə siyasətində daha çox yer qazanma və hökumət işlərinə daha çox təsir imkanı əldə etməni hədəfləyir. Onların məqsədi kürdlərin dağıdıcı, Türkiyənin təməllərini zədələyən obrazını aradan qaldırmaqdır. Ancaq son illər bu qanad partiyadan dışlanıb, bu kəsimə aid olan bir çox ünlü isim həm bələdiyyə, həm parlament seçkisində partiya siyahılarından kənarda qalıb.
Digər qrup isə daha radikaldır və onlar çözüm məsələsində kompromislərə yol verilməsini az qala milli xəyanət kimi qiymətləndirirlər. Bu kəsimin təmsilçiləri iddia edirlər ki, 7 iyun və 1 noyabr seçkisi ilə kürdlər unikal şans əldə ediblər, hətta uzun illər Türkiyə siyasətinin əsas 3 partiyasından biri olan MHP-dən 2 dəfə çox millət vəkili yeri qazanıblar. Buna görə də bu şans dəyərləndirilməli, məqsədlərə çatılması üçün TBMM-dəki imkanlardan geniş istifadə edilməlidir.
Partiya daxilindən əldə edilən xəbərlərə görə, radikal qanadla ənənəvi siyasətin təmsilçiləri arasında ötən həftə bir neçə görüş olub, ancaq görüşlərin heç birində müzakirə edilən məsələlərlə bağlı ortaq fikirə gəlinməyib. Musavat.com

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın