Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / İqtisadiyyat / Hansı ölkələr Azərbaycana sərmayə yatırıb? (SİYAHI)

Hansı ölkələr Azərbaycana sərmayə yatırıb? (SİYAHI)

Bu ilin yanvar-noyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycana  4 milyard 754 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, daxili mənbələr hesabına iqtisadiyyata yönəldilən vəsait daha çoxdur.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 838 milyon manatı (80,7%-i) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarının payına düşür.
Ümumilikdə 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 899 milyon manat sərmayə qoyulub. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8% azdır. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi isə ümumi sərmayənin 63,1%-ini təşkil edir.

Həmçinin oxuyun

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə …