Şənbə , Sentyabr 23 2023
Ana səhifə / İqtisadiyyat / Hansı dövlət müəssisələrinə özəl investisiyalar cəlb ediləcək? – Sərəncam

Hansı dövlət müəssisələrinə özəl investisiyalar cəlb ediləcək? – Sərəncam

Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqlənib.
Prezident İlham Əliyevin 2023-cü il 31 avqust tarixli Sərəncamı ilə təsdiq edilən dövlət müəssisələri bunlardır:
1. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti.
2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki:
2.1. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti;
2.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti.
3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti.
4. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan:
5.1. “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu);
5.2. Karbamid zavodu;
5.3. Metanol zavodu.

Həmçinin oxuyun

Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 milyard dollara ÇATDI

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Çinlə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə …