Bazar , Fevral 25 2024
Ana səhifə / İqtisadiyyat / Hansı bölgəmizdə qadın sahibkarlar daha çoxdur?

Hansı bölgəmizdə qadın sahibkarlar daha çoxdur?

Hazırda Azərbaycandakı fərdi sahibkarların 77,3 faizini kişilər, 22,7 faizini isə qadınlar təşkil edir.

Bu barəd Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Qeyd edilib ki, qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 34,9 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət  sahəsində 25,3 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 21,4 faizini təşkil edir.

Sahibkar qadınların 28,8 faizi Bakıda, 10,3 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (27,6%), Gəncə-Daşkəsən (25,7%), Naxçıvan Muxtar Respublikası (25,6%),  Bakı (24,5%), Lənkəran-Astara (22,8%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Həmçinin oxuyun

Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 29 noyabr 2017-ci …