Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Hansı avtomobillər qazla işləyə bilər? – VİDEO

Hansı avtomobillər qazla işləyə bilər? – VİDEO

Son illər ölkəmizdə avtomobillərə quraşdırılan qaz avadanlığına maraq artıb.

Avtomobilin yük yerinə qaz balonu yerləşdirilir.

Mühərrikə bir neçə detal əlavə edilir və bununla da avtomobil həm maye qaz, həm də benzinlə işləyə bilir.

Bu işlə məşğul olan şəxslər bildirir ki, qaz avadanlıqları injektorlarla işləyən bütün avtomobillərə quraşdırıla bilər. Ancaq bunun dizel mühərrikli avtomobillərə quraşdırılması mümkün deyil.

4 silindrli avtomobillərə qaz avadanlığının quraşdırılmasının qiyməti 1500, 6 silindrli nəqliyyat vasitələrinə 1800, 8 silindrli avtomobillərə isə 2200 manatdır. Bu zaman bütün avadanlıq şirkət tərəfindən təmin edilir və müştəriyə 1 il zəmanət verilir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …