Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Hər il yüz min turist Lahıca səfər edir

Hər il yüz min turist Lahıca səfər edir

“Lahıca ildə 100 minə yaxın turist səfər edir”.

Belə ki, bunu İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov jurnalistlərə açıqlamasında deyib.

İcra başçısı bildirib ki, Lahıca hər gələn turist 3 manat xərcləsə, bu, orta hesabla gündəlik 15-20 min manat edir: “Elə vaxt olur ki, bu rəqəm daha çox olur. Lahıcın xüsusi inkişaf planı olmalıdır. Bu, Azərbaycanda qədim sənətkarlığı qorumaq üçün lazımdır. Lahıcda 400 nəfərlik yeni məktəb tikilir. Vaxtilə Lahıcın 15-20 min əhalisi olub. Hazırda 3 minə yaxın əhalisi var. İldə 100 minə yaxın turist bura səfər edir”.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …