Çərşənbə , İyun 26 2019
Ana səhifə / İqtisadiyyat / Həsən Ruhani yenidən prezidenti seçildi – RƏSMİ

Həsən Ruhani yenidən prezidenti seçildi – RƏSMİ

İranın fəaliyyətdə olan prezidenti Həsən Ruhani yenidən həmin posta seçilib.

Bunu İslam respublikasının daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli rəsmi nəticələri elan edərkən bildirib.

O deyib ki, 41 milyon 220 min səsvermə bülleteni sayılıb. Həsən Ruhani 23 milyon 549 min səs (57 faiz) toplayıb.

Onun rəqibi Seyid İbrahim Rəisi Sadat isə 15 milyon 786 min (38,5 faiz) səs yığıb.

Qeyd edək ki, 56 milyon 410 min 234 seçici qeydə alınıb.

*   *   *10:02

İranda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Həsən Ruhani liderlik edir.

Bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, hazırda səslərin 37 milyonu sayılıb və Həsən Ruhani 21,6 milyon səs toplayıb. Prezidentliyə digər əsas namizəd İbrahim Rəisi isə 14 milyon səs yığıb.

Mənbə bildirir ki, Həsən Ruhani seçkilərdə qələbə qazanıb. Çünki sayılmamış yalnız 4 milyon bülleten qalıb ki, bu da nəticəyə ciddi təsir göstərməyəcək.

Qeyd edək ki, İranda səsvermə hüququna malik əhalinin sayı 56 milyon nəfərdir.

Həmçinin oxuyun

“Ata Holding” zərərlə işləməyə başlayıb

“Ata Holding” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 96,727 milyon manat təşkil edib. “Report” …

Bir cavab yazın