Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / İqtisadiyyat / “Hər kəs bilsin ki, kim Azərbaycana düşmən münasibət bəsləyərsə…” – Türk nazirdən xəbərdarlıq

“Hər kəs bilsin ki, kim Azərbaycana düşmən münasibət bəsləyərsə…” – Türk nazirdən xəbərdarlıq

 

Türkiyənin Dənizli şəhərində ötən ay açılan Azərbaycan Qarabağ parkında Xocalı şəhidlərinin xatirəsi yad edilib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mərasimdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi, Dənizli valisi Əhməd Altıparmak, Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan, millət vəkilləri, tələbələr iştirak ediblər.
N. Zeybəkçi Xocalı soyqırımı qurbanları başda olmaqla, bütün şəhidlərə rəhmət diləyib: “Bu torpaqları, istər Anadolu, istərsə də Azərbaycanı, Naxçıvanı qarış-qarış qanımızla suvarmışıq. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Biz bir millət, iki dövlətik. Hər kəs bilsin ki, bundan sonra kim Azərbaycana düşmən münasibət bəsləyərsə, Türkiyə səssiz qalmayacaq. Heç kim bunu unutmasın”.
N. Zeybəkçi beynəlxalq ictimaiyyəti ikili standartlardan çıxış etməməyə çağırıb.

Həmçinin oxuyun

İrandan Azərbaycana dəmir yolu ilə yükdaşımalar 81 % artıb

Son 2 ayda İrandan Azərbaycana dəmir yolu nəqliyyatı ilə 120,125 min ton yük daşınıb. “Report” “Mehr” …

Bir cavab yazın