Ana səhifə / İqtisadiyyat / “Hələ ki, görüşlər nəticə vermir” – Nazir

“Hələ ki, görüşlər nəticə vermir” – Nazir

Bu günə qədər Rusiya ilə Bəşər Əsədin postunda qalıb-qalmaması məsələsini müzakirə etməmişik.

Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Yeni Birlik” qəzetinə açıqlamasında deyib.

Nazir bildirib ki, tərəflər arasında prioritet mövzu Hələbdə atəşkəsin təmin edilməsi və Nüsrə Cəbhəsi ilə müxaliflərin ayrılmasıdır:

“Böhrandan siyasi həll yolu ilə çıxmağı düşünürük. Lakin Əsədin postunda qalıb-qalmaması məsələsi ilə bağlı fikir ayrılıqlarımız davam edir. Türkiyənin Əsədlə bağlı mövqeyində qəti dəyişikliyi yoxdur. Hələ ki, görüşlər nəticə vermir”.

Çavuşoğlu onu da əlavə edib ki, Türkiyə-Rusiya danışıqlarına 3-cü tərəf qoşulmayıb.(Axar.az)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın