Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Hədəf Türkiyədir – İsrail mətbuatı 

Hədəf Türkiyədir – İsrail mətbuatı 

Rusiya Suriyada cəbhənin sabitləşməsi ilə kifayətlənməyəcək və ölkənin şimalında böyük hücuma başlayacaq.

Azinforum.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri yazıb.

“Planın müvəffəqiyyətli icrası halında biz minlərlə İran hərbçisi, “Hizbullah” döyüşçüsü və hökumət qoşunlarının iştirak etdiyi əməliyyatları görəcəyik. Ötən həftə bütün dünya Suriya ərazisindəki terror qruplaşmalarının Xəzər dənizindən qanadlı raketlərlə vurulmasını izlədi. Bununla da ruslar hava zərbələri seriyasından sonra əməliyyatlara yeni silahını daxil etdilər. Rusiya göstərdi ki, sağ qalmaq üçün vuruşan Bəşər Əsədi himayə etmək üçün raketləri minlərlə kilometr uzaqdan heç bir tərəddüdsüz buraxmağa hazırdır”, – nəşr yazır.

“Haaretz” qeyd edir ki, bütün bunlar ümumi mənzərənin yalnız bir hissəsidir: “Suriyada təxminə 1500 hərbçi və təlimatçının olmasına baxmayaraq, Moskvanın Suriya müxalifətçilərinə qarşı quru əməliyyatlarında bilavasitə iştirak üçün əlavə qoşunları göndərməyə hazırlaşıb-hazırlaşmadığı məlum deyil. Mümkündür ki, Rusiya rəhbərliyi hələlik buna ehtiyacın olmadığını hesab edir. Amma Rusiyanın böyük hücum planının təfərrüatları tədricən görünür. Hazırkı mərhələdə yalnız hava zərbələri ilə “Hizbullah” döyüşçüsü və hökumət qoşunlarının iştirak etdiyi əməliyatlarla kifayətlənilir. Ancaq görünür ki, Livan “Hizbullah” Rusiyanın Suriyada hökmranlığından çox da razı deyil. “Hizbullah” indiyə qədər Rusiya ilə əməkdaşlıqdan çəkinir. Qruplaşmanın hökumət qoşunlarının hücumunda iştirak edib-etməyəcəyi də məlum deyil”.

Nəşr bildirir ki, Rusiyanın hədəfi sahil bölgəsinin tamamilə Əsədin nəzarəti altına qaytarılmasından ibarət deyil. Bu ərazi ölkənin yalnız dörddə birini tutur. Əsəd Rusiyanın dəstəyinə söykənərək böyük planın həyata keçirilməsinə cəhd edir. Sahil bölgəsinin qaytarılmasından sonra rejim şimalda Türkiyə ilə sərhəd zolağı tutmağa çalışacaq. Bura Hələb şəhəri də daxildir. Rusiya ölkənin şimalında əhəmiyyətli əraziləri nəzarətdə saxlayan kürd döyüşçüləri əməliyyata cəlb etmədə maraqlıdır. Kürdlərin şərq istiqamətində hücumu İŞİD-in paytaxtı olan Rakka şəhərinin tutulmasını asanlaşdıra bilər.

Hazırda cəbhənin bir neçə istiqamətində Əsədin müttəfiqlərinin birgə operativ qərargahları fəaliyyət göstərir. Bu qərargahlara Rusiya mütəxəssisləri rəhbərlik edirlər. Rusiyalı təlimatçılar hökumət qoşunlarının briqadaları və diviziyaları səviyyəsində işləyirlər. Latakiyada Rusiya kontingentinə yalnız bombardmançı təyyarələr deyil, həmçinin vertolyotlar, tanklar, zirehli avtomobillər, “Pansir-S1” raket batareyası və xüsusi təyinatlı dəstənin döyüşçüləri daxildir.

İsrail nəşrinin yazdığına görə, Suriyada davam edən əməliyyat fonunda Ruriyanın tərəfinin İsraillə müzakirələri diqqət çəkir. “Rusiya ehtimal ki, planlaşdırılan addımlara İsrailin qarışmamasını təkid edir”, – “Haaretz” nəşri yazıb.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın