Bazar , Yanvar 17 2021
Ana səhifə / İqtisadiyyat / Həbsdəki iş adamı prezident olacağını deyir

Həbsdəki iş adamı prezident olacağını deyir

Rusiyada külli miqdarda pul mənimsəməkdə ittiham olunan biznesmen Serqey Polonskiy prezident olmaq istədiyini deyib.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, iş adamı prezident olmaq niyyətini Moskvada çıxarıldığı məhkəmədə bəyan edib. O, “Mən prezident seçkilərinə namizədliyini irəli sürürəm. Əgər bu dəfə alınmasa, onda gələn dəfə prezident olacam”,-deyib.

Qeyd edək ki, iş adamı Serqey Polonskiy elit mənzillərin tikinti sahəsindən 2,6 mlrd. rubl mənimsəməkdə ittiham edilir və onu 10 ilədək həbs gözləyir. Özünü milyarder Donald Trampla müqayisə edən Polonski 2015-ci ildə Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında Kambocadan deportasiya edilib. İş adamı bu ilin yanvarında hazırda saxlanıldığı istintaq təcridxanasında ailə həyatı qurub.

Həmçinin oxuyun

Azərbaycan düyü idxalını 17 % artırıb

Ötən il Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində 56,9 min ton düyü idxal edib. “Report” Dövlət …

Bir cavab yazın