Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Gürcüstanla ticarətdə yenə kəskin fərq yarandı

Gürcüstanla ticarətdə yenə kəskin fərq yarandı

Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 40 milyon 924,5 min dollar dəyərində məhsul ixrac olunub.
Bu barədə məlumatı (https://www.geostat.ge/media/60331/External-Merchandise-Trade-of-Georgia-in-January-2024.pdf) Gürcüstan Statistika İdarəsi yayıb.
Məlumatda bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 21,2% azalıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin eyni dövrü əhatə edən  məlumatında (https://customs.gov.az/uploads/foreign/2024/2024_1.pdf?v=1708066767) isə göstərilir ki, bu ilin yanvar ayında Gürcüstandan 5 milyon 369,16 min dollar dəyərində məhsul idxal edilib.
Hər iki ölkənin açıqladığı rəsmi məlumatlardan belə görünür ki, 2024-cü ilin yanvar ayında Gürcüstan Azərbaycana 40,9 milyon dollarlıq məhsul satdığı halda, Azərbaycan Gürcüstandan 5,4 milyon dollarlıq məhsul alıb.
Nəticədə, iki ölkənin açıqladığı eyni məlumat arasında təxminən 7,6 dəfə fərq var.
Onu da bildirək ki, daha əvvəl də Azərbaycanın digər ölklərlə ikitərəfli ticarət əlaqələrində bu cür fərqlər olub. Hətta, 2016-cı ildə Dövlət Gömrük Komitəsi ticarət dövriyyəsində yaranan fərqlə bağlı açıqlama (https://oxu.az/economy/119383) da verib. Həmin açıqlamada qeyd olunurdu ki, MDB ölkələrinin əksəriyyəti və xarici ölkələrlə xarici ticarət statistikasının göstəriciləri arasında fərqlər 40%-ə çatır. Ancaq qeyd etdiyimiz kimi, yaxın qonşumuz olan Gürcüstanla ticarət əlaqələrində yaranan fərq 7,6 dəfəyə yaxındır. Yeniavaz.com 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …