Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Gürcüstanın xarici borcu 15 milyardı keçdi

Gürcüstanın xarici borcu 15 milyardı keçdi

Gürcüstanın ümumi xarici borcu 2016-cı ildə 15,5 milyard dollar olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Mərkəzi Bankı yayıb. Gürcüstanın borcu onun ümumdaxili məhsulunun 108,2%-ni təşkil edib.

Dövlətin xarici borcu 6,6 milyard dollardır. Bu borcdan (dövlətin borcundan – red.) 4,7 milyard dolları hökumət sektoruna, 200,3 milyon dolları Mərkəzi Bankın payına düşür.

Bank sektorunun xarici borcu isə 3,1 milyard, digər sektorların borcu 5,1 milyard dollar təşkil edib. Üstəlik, şirkətlər arasında borc 2,4 milyard dollar olub. Ölkənin xarici borcunun 93,7%-i xarici valyutayladır.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın