Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Gürcüstanın Marneuli rayonunun seçki məntəqəsində kütləvi qarşıdurma baş verib

Gürcüstanın Marneuli rayonunun seçki məntəqəsində kütləvi qarşıdurma baş verib

Gürcüstanın Marneuli rayonunun Qızıl Hacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində “Paata Burçuladze – Xalq üçün dövlət” hərəkatı və “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları arasında qarşıdurma baş verib, xəsarət alanlar var.

Məlumata görə, “Paata Burçuladze – insanlar üçün dövlət” hərəkatının tərəfdarları olduğu bildirilən 100-dək dəyənəklərlə silahlanmış şəxs məktəb binasında fəaliyyət göstərən seçki məntəqəsinə hücum edərək oranı daşqalaq edib. Hücum edənlərlə “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları arasında qarşıdurma baş verib. Əlbəyaxa davada onlarla şəxsin iştirak etdiyi bildirilir.

Hadisə yerinə xüsusi təyinatlılar da daxil olmaqla çoxlu sayda polis əməkdaşı və həkim briqadaları cəlb olunub.

Məlumata görə, qarşıdurmanın qarşısını almağa çalışan polis əməkdaşları arasında xəsarət alanlar var.

Qeyd olunan seçki subyektlərinin nümayəndələri insidentin baş verməsində bir-birilərini ittiham edir.

Polis hazırda vəziyyəti nəzarətə götürüb.

Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. (APA)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın