Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / Gürcüstanın Biznes Assosiasiyası Azərbaycan şirkətlərinə qarşı aparılan kampaniya ilə bağlı bəyanat yayıb

Gürcüstanın Biznes Assosiasiyası Azərbaycan şirkətlərinə qarşı aparılan kampaniya ilə bağlı bəyanat yayıb

Gürcüstanın Biznes Assosiasiyası Azərbaycan şirkətlərinə qarşı sosial şəbəkələrdə aparılan kampaniya ilə bağlı bəyanat yayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, təşkilat Azərbaycan şirkətlərinə qarşı kampaniya cəhdləri yalnız mənfi nəticələr gətirəcəyini bildirib.

Assosiasiya qeyd edib ki, Azərbaycan və Gürcüstanın biznes dairələri arasında əməkdaşlıq sabit və nümunəvidir: “Bu cür kampaniyalar qonşu Azərbaycanla iqtisadi və biznes əlaqələrin sabitliyini poza bilər. Bizim ölkələrin müstəqillikləri tarixində Azərbaycan və Gürcüstan xalqları arsındakı dostluq münasibətləri kimi işgüzar dairələr arasında da əməkdaşlıq nümunəvi olub”.

Sənəddə qeyd edilib ki, Gürcüstan ictimaiyyəti Azərbaycan şirkətlərinə qarşı aparılan kampaniyanı dəstəkləmir və bu cür cəhdlər uğursuz nəticələnəcək.

Gürcüstanın Biznes Assosiasiyası ölkədə ən böyük biznes cəmiyyətdir. Təşkilatda Gürcüstan bazarında fəaliyyət göstərən 70-dən çox şirkət təmsil olunur.

Həmçinin oxuyun

Dezinfeksiya üçün yarım milyonluq müqavilə bağlandı – Tenderi kim “qazandı”?

Bakı Nəqliyyat Agentliyi toplam maliyyə dəyəri 542 244 AZN olan 3 müqavilə imzalayıb.  Müqavilələr “Qardaşlar …