Cümə , Oktyabr 23 2020
Ana səhifə / İqtisadiyyat / Gürcüstanın Azərbaycana borcu dəyişməz qalıb

Gürcüstanın Azərbaycana borcu dəyişməz qalıb

2017-ci ilin oktyabrın 31-nə Gürcüstanın xarici dövlət borcu 4,27 mln. dollar azalaraq 5 mlrd. 1,580 mln. dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, borcun 4,959 mlrd. dolları hökumətin payına düşür.

Gürcüstanın Azərbaycana olan borcu sentyabr ayı ilə müqayisədə dəyişməz qalaraq 8,995 mln. dollar təşkil edir.

Qonşu ölkənin ən çox Almaniya (287 mln. dollar), Yaponiya (206 mln. dollar) və Fransaya (136 mln. dollar) borcu var. Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana dövlət borcu müvafiq olaraq 17,2 mln., 72,5 mln. və 10,3 mln.dollar təşkil edir.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …