Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Gürcüstanda kanadalı şahmatçını şort geydiyinə görə təhqir etdilər

Gürcüstanda kanadalı şahmatçını şort geydiyinə görə təhqir etdilər

Kanadalı qrossmeyster Anton Kovalyov hakimlərin onu təhqir etdiyini bildirərək, Gürcüstanda keçirilən Dünya Kuboku uğrunda yarışı yarımçıq tərk edib.

Virtualaz.org xəbər verir ki. iki gün əvvəl yarışın təşkilatçıları Kovalyovdan şortunu dəyişərək şalvar geyməsini xahiş ediblər. Şahmatçı özünün “Facebook” səhifəsində yazır ki, turnirin təşkilatçılarından biri Zurab Azmayparaşvili onu təhqir edib.

“O, çox aqressiv idi. Üstümə qışqıraraq bildirdi ki, “qaraçıyam” və buna görə də, cəzalandırılacağam. Mən cavab verdim ki, bundan əvvəlki Dünya Kubokunda geyimimlə bağlı sual vermişdim, bildirilmişdi ki, heç bir problem yoxdur”.

Virtualaz.org xatırladır ki, bundan əvvəl – 2015-ci ildə Dünya Kuboku Bakıda keçirilmişdi.

Şahmatçı onu da qeyd edib ki, Gürcüstana gələrkən özü ilə şalvar götürməyib: “Bir az kökəlmişəm, əynimə dar idilər. Problem deyildi, orda da ala bilərdim, amma bu təhqirdən sonra orada yarışa davam etməyi lazım bilmədim”.

Zurab Azmayparaşvili isə öz növbəsində şahmatçını təhqir etmək fikrində olmadığını deyib: “Bizdə “qaraçı” deyəndə çox vaxt avara nəzərdə tutulur. Mən belə demək istəmişdim. Kimsə milli məsələ üzərində ittiham qurmaq istəyirsə, bir şey alınmayacaq”.

Gürcüstanda davam edən şahmat üzrə Dünya Kuboku sentyabrın 28-də başa çatacaq.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın