Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / İqtisadiyyat / Gürcüstanda “İpək yolu”nun bir hissəsi olacaq limanının tikintisinə start verilib

Gürcüstanda “İpək yolu”nun bir hissəsi olacaq limanının tikintisinə start verilib

Gürcüstanda Anaklia dərin dəniz limanının tikintisinə rəsmən start verilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, mərasimdə Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, iqtisadiyyat naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze və digər rəsmi şəxslər iştirak edib.

G.Kvirikaşvili Anaklia limanının Gürcüstan və region üçün əhəmiyyətindən danışıb: “Anaklia limanı unikal layihə olmaqla yanaşı, Gürcüstanın “İpək yolu” xəritəsində mövqeyini möhkəmləndirəcək. Limanın işə düşməsi ilə Gürcüstanda bir sıra dəyişikliklərə start veriləcək.”.

Yeni “İpək yolu”nun bir hissəsi olacaq Anaklia limanının tikintisinin 2020-ci ildə başa çatacağı gözlənilir. İlkin mərhələdə layihəyə 540 milyon dollar investisiya qoyulacaq. Layihənin ümumi dəyəri 2,5 milyard dollar təşkil edir. Liman tikinti işləri tam başa çatmadan, yəni iki ildən sonra ilk gəmiləri qəbul edə biləcək.

Qeyd edək ki, ötən ay Tbilisidə Anaklia limanı və Bakı Beynəxlalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Həmçinin oxuyun

“ƏDV geri al”dan nə qədər vəsait qaytarılıb?

Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri …