Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Gürcüstanda, Baltikyanı ölkələrində oyunlar oynayırlar, vergilərini də ödəyib gəlirlər”

“Gürcüstanda, Baltikyanı ölkələrində oyunlar oynayırlar, vergilərini də ödəyib gəlirlər”

“Bu sahədə şəffaflığın təmini ilə bağlı mexanizmin yaradılması vacibdir”.

Bunu bu gün İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib.

V. Əhmədov deyib ki, qanunun icrasına da nəzarət lazımdır: “Qanunun icrasına nəzarəti yəqin ki, İqtisadiyyat və İdman və Bədən Tərbiyəsi Nazirliyi həyata keçirəcək. Bu, kifayət qədər gəlirli sahədir. Gedib Gürcüstanda, Baltikyanı ölkələrində oyunlar oynayırlar, vergilərini də ödəyib gəlirlər. Ona görə də Azərbaycanda müvafiq şəraiti yaratmaq lazımdır. Ümumilikdə, bu qanunu qəbulu vacibdir”.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …