Şənbə , Yanvar 19 2019
Ana səhifə / İqtisadiyyat / Gürcüstanda ərzaq və gündəlik tələbat malları bahalaşdı

Gürcüstanda ərzaq və gündəlik tələbat malları bahalaşdı

Gürcüstanda ərzaq və digər gündəlik tələbat mallarının qiyməti artmaqda davam edir.
Belə ki, 2018-ci ilin dekabr ayında Gürcüstanda çörək və çörək məmulatlarının qiyməti 5,9 faiz bahalaşıb. Bununla yanaşı, digər ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 2,3 faiz, meyvə-tərəvəzin qiyməti 5,6 faiz, süd, pendir və yumurtanın qiyməti 2,8 faiz, balığın qiyməti 2,4 faiz, meyvə və üzümün qiyməti isə 1,7 faiz artıb.

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, ölkədə yağın qiymətində 1,6 faiz, kofe, çayın qiymətində isə 1 faiz ucuzlaşma qeydə alınıb. (AzərTAc)

VIPedu.BIZ

Həmçinin oxuyun

Daha az resurslarla daha səmərəli sistem

Son günlər ölkə mediasında dövlət idarəetmə sistemində islahatlar mövzusu geniş müzakirə olunur, ayrı-ayrı siyasətçilər və …