Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İqtisadiyyat / Gürcüstan turizmdən 2 milyard dollar götürüb

Gürcüstan turizmdən 2 milyard dollar götürüb

Gürcüstan turistlərin sayına görə rekord vurub. 2016-cı ilin ilk 5 ayında Gürcüstana 2 milyon 119 min 275 turist gəlib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 15,3% artıqdır. Ölkənin mili turizm administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib ki, turist səfərlərinin sayı 782 814 olub. Gürcüstana gələnlər arasında 1-ci yeri azərbaycanlılar – 570 min 825 qonaq (ötən ilə nisbətən 22% artıb) tutur.
Sonrakı yerləri Türkiyə vətəndaşları – 524 min 71 qonaq (6,6%), Ermənistan – 445 min 343 qonaq (2,8%), Rusiya vətəndaşları – 303 min 678 qonaq (19,6%) tutur. Bu dövrdə Gürcüstana Avropa Birliyindən gələnlərin də sayı artıb. Ən çox artım Latviya (35%), İtaliya (22%), Polşa (15%) və Fransa vətəndaşlarının (10%) payına düşür.
Ümumiyyətlə isə Gürcüstana Hindistandan gələnlərin sayı 335%, Omandan gələnlər 329%, İsraildən gələnlər 113%, BƏƏ-dən gələnlər 69% artıb. Qeyd edək ki, Gürcüstan 2015-ci ildə turizm sahəsindən 1,94 milyard dollar əldə edib. Bu 2014-cü illə müqayisədə 8,3% artıqdır. Fins.az

Həmçinin oxuyun

Xudafərinin iqtisadi və geosiyasi əhəmiyyəti… (ŞƏRH)

Azərbaycan Ordusunun ardıcıl qələbəsi nəticəsində Xudafərin körpüləri işğaldan azad olunub. Bununla Azərbaycan tarixi torpağına qovuşmaqla …

Bir cavab yazın