Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Gürcüstan Saakaşviliyə görə Ukraynaya nota verdi

Gürcüstan Saakaşviliyə görə Ukraynaya nota verdi

Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkili Georgi Nazarova rəsmi nota təqdim edib.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Gürcüstan tərəfi keçmiş prezident, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin Gürcüstanın təhlükəsizlik və stabilliyinə təhdid kimi qiymətləndirilən açıqlamalarına etirazı bildirib. Qeyd olunub ki, bu kimi açıqlamalar Gürcüstanın daxili işinə qarışmaq kimi qiymətləndirilir və qəbuledilməzdir. Həmçinin açıqlamanın Gürcüstan və Ukrayna arasında əməkdaşlıq və dostluğunun ruhuna uyğun gəlmədiyi vurğulanıb.

XİN-in məlumatında qeyd olunur ki, Gürcüstan tərəfi rəsmi Kiyevin yuxarıda sadalanan məsələlərə müvafiq reaksiya verəcəyini və bu kimi halların bir daha təkrarlanmayacağını təsdiqləyəcəyini gözləyir.

Qeyd edək ki, oktyabrın 29-da internetdə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Rustavi-2” telekanalının baş direktoru Nika Qvaramiya və Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Qiqa Bokeriya ilə telefon danışığı yayılıb. Danışıq zamanı M. Saakaşvili şirkəti müdafiə etməyin yolları barədə məsləhətlər verir.

M. Saakaşvili səs yazısının yayılmasında Rusiya xüsusi xidmət orqanlarını günahlandırıb.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın