Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / İqtisadiyyat / Gürcüstan Rusiya qazından birdəfəlik imtina etdi

Gürcüstan Rusiya qazından birdəfəlik imtina etdi

Gürcüstan Rusiya qazının alışından birdəfəlik imtina edib. Gürcüstan iqtisadiyyat nazirinin müavini Georgi Çikovani bildirib ki, ölkənin yanacağın bu növünə olan tələbatını Azərbaycan tamamilə ödəyir.

“Sadəcə olaraq, Rusiya qazı Gürcüstana lazım deyil, Azərbaycan qazı bizə tamamilə kifayətdir”, – “Azadlıq” radiosu məmurun sözlərindən iqtibas gətirir.

Gürcüstanın tamamilə Azərbaycan qazına keçidini ekspertlər “Cənub Qaz Dəhlizi” boru kəməri sistemi layihəsi ilə əlaqələndirirlər. Həmin layihə çərçivəsində yanacaq borular vasitəsilə Azərbaycandan Türkiyəyə, oradan isə Avropa İttifaqı ölkələrinə nəql ediləcək.

Həmçinin oxuyun

Azərbaycan düyü idxalını 17 % artırıb

Ötən il Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində 56,9 min ton düyü idxal edib. “Report” Dövlət …