Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Gürcüstan “Qazprom” ilə tranzit sazişi imzaladı

Gürcüstan “Qazprom” ilə tranzit sazişi imzaladı

Gürcüstan və Rusiyanın “Qazprom” şirkəti qazın Gürcüstandan tranzit edilməsinə dair cari müqavilənin müddətinin uzadılmasına dair saziş imzalayıblar və nəticədə Tbilisi yenə də Rusiyadan Ermənistana nəql edilən təbii qazın 10%-ni alacaq.

Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Energetika Nazirliyi məlumat yayıb.

“Eyni müddətə, eyni şərtlərlə müqavilə üzrə əlavə razılaşma oldu”, – Gürcüstanın energetika nazirinin müavini Məryəm Valiaşvili bəyan edib və əlavə edib ki, hazırda saziş qüvvəyə minmək üçün Gürcüstan hökumətində daxili prosedurları keçir.

“Qazı nəql edən şirkət və “Qazprom eksport” şirkəti arasında bağlanan müqavilənin şərtləri dəyişməyib, yəni nəql edilən qazın həcmi 10%-dir və təbii, müqavilənin müddəti 1 ildir, ilin sonuna qədər müəyyən edilib”, – o bəyan edib.

“Qazprom” Ermənistana nəql edilən qazdan Gürcüstana çatan 10% qazı maliyyə halında ödəməyi təklif etmişdi. Tbilisi ilkin olaraq “Qazprom”un tələbini yerinə yetirməyə hazır idi, amma Azərbaycan ilə Gürcüstana əlavə qazın tədarükünə dair razılıq əldə edildikdən sonra Gürcüstanın energetika naziri Kaxa Kaladze martın əvvəlində bəyan etdi ki, Azərbaycan ilə əldə edilən razılıq, Gürcüstanın “Qazprom”dan tranzitə dair razılaşmanın əvvəlki şərtlərini saxlanılmasını tələb etmək imkanı yaratdı.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın