Şənbə , Avqust 24 2019
Ana səhifə / İqtisadiyyat / Gürcüstan prezidenti banklara qarşı getdi aləm qarışdı

Gürcüstan prezidenti banklara qarşı getdi aləm qarışdı

Gürcüstan prezidenti Georgi Margvelaşvili borca görə vətəndaşların yaşadığı mənzildən köçürülməsi haqda sadələşdirilimiş qaydanın ləğvi ilə bağlı qanunvericilik aktlarına dəyişiklikləri təsdiqləyib.

Ölkə rəhbəri biznesmenlərin və bankirlərin etirazına baxmayıb. Onlar bu dəyişikliyi vətəndaşların mülkiyyəti ilə bağlı konstitsion hüquqlarının pozulması sayırlar.

“Azadlıq” radiosu bildirir ki, “Polis gücü ilə köçürülmə” adlanan düzəlişin ləğvi təkcə bankir və biznesmenlərin etirazına səbəb olmayıb. Hakim “Gürcü arzusu” koalisiyasının özündə də bu məsələyə yekdil baxış yoxdur. Biznes ombudsmanı Georgi Qvakhariya deyir ki, polis gücü ilə köçürmə mövcud vəziyyət üçün daha optimal idi: “Düşünürəm ki, Gürcüstan iqtisadiyyatı yeni qanuni normalara adaptasiya üçün hazır deyil”.

Etirazlara baxmayaraq, parlament çoxluğu bir müddət əvvəl borcluların məhkəmə yolu ilə köçürülməsi ilə bağlı düzəlişə səs verdikdən sonra ümid prezidentin vetosuna qalmışdı. Güman edilirdi ki, o, qanun layihəsinə mane olacaq. Bankirlərin və biznesmenlərin təmsilçiləri ilə görüşündə də Georgi Margvelaşvili qanun layihəsinə veto qoya biləcəyini istisna etməmişdi.

Prezident Adminstrasiyasının rəhbəri Georgi Abashişvili də vəd vermişdi ki, prezidentin qərarı heç kəsin marağını pozmayacaq.

Borclular sevinir

Amma prezident sonda layihəni imzalayıb. O bunu problemli borcluların marağını müdafiə edən “Dəstək və Ədalət” təşkilatının rəhbəri ilə görüşdən dərhal sonra edib. Nana Qadagişvili prezidentlə görüşdən sonra öz sevincini gizlətməyib: “Ümid edirəm ki, prezident bu qanuna bankirlər və biznesmenlərin tələb etdiyi vetonu qoymayacaq. Bu görüş növbəti işgüzar əməkdaşlıq üçün stimul verdi”.

“Yeni qanun dövlətə problem yaradacaq”

Hüquqşünas Levan Alapişvili hesab edir ki, prezident mülkiyyətə zəmanət verən Konstitusuya normalarını pozub. O deyir ki, bu qanun tezliklə dövlətə problemlər yaradacaq. Məsələn, bu günlərdə Dövlət Universitetinin rəhbərliyi yeni qanunun qüvvəyə minməsindən qorxub polis gücünə sakinlərin özbaşına tutduğu binadan çıxarılmasını tələb etdi. Düşünürəm ki, bundan sonra dövlət əmlakının özəlləşdirilməsi kütləvi problemlər yaradacaq. Məhkəmə xərcləri isə vergi ödəyənlər üçün heç də kiçik məbləğ olmayacaq”.

İndi parlamentin qərarına yalnız Konstitusiya Məhkəməsi qadağa qoya bilər. Gürcüstan banklarının Assosiasiyası qanundan şikayət verməyə hazırlaşır.

Həmçinin oxuyun

Koreyalılar Azərbaycanda yeni kooperativlər yaradacaqlar

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin dəvəti ilə Bakıda səfərdə olan Koreya Regionların İnkişafı …

Bir cavab yazın