Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Gürcüstan baş naziri vəzifəsinə namizədin adı açıqlandı

Gürcüstan baş naziri vəzifəsinə namizədin adı açıqlandı

Gürcüstanın baş naziri vəzifəsinə Giorgi Kvirikaşvilinin irəli sürülməsi haqqında qərar qəbul olunub.

“ Azinforum.az ” ın APA-ya istinadən məlumatına görə, bu barədə gürcü mətbuatı məlumat yayıb. Məlumata görə, Gürcüstanın baş naziri vəzifəsinə xarici işlər naziri vəzifəsini icra edən Giorgi Kvirikaşvili namizəd olacaq. Baş nazir vəzifəsinə kimin namizəd irəli sürüləcəyi məsələsini müzakirə edən zaman parlament çoxluğu bu qərarı təsdiqləyib.

“Gürcü Arzusu”nun fraksiya lideri Giorgi Volski bildirib ki, dekabrın 24-də Gürcüstanın parlament sədri ilə parlament çoxluğu üzvləri baş nazir vəzifəsinə namizədləri müzakirə ediblər.

“Baş nazir vəzifəsinə 4 nəfər namizəd var idi, lakin biz onlardan yalnız Giorgi Kvirikaşvili barədə razılığa gəldik,” Volski bildirib.

Onun sözlərinə görə, istefa verən baş nazir vəzifəsini icra edən İrakli Qaribaşvili dekabrın 25-də Giorgi Kvirikaşvilini baş nazir vəzifəsinə namizəd olaraq parlament çoxluğuna təqdim edəcək.

Gürcüstan prezidentinin 23 dekabr sərəncamına əsasən, hökumətin yeni tərkibi təsdiq edilənədək keçmiş nazirlər və eləcə də baş nazir vəzifələrini icra edən rəsmilər kimi fəaliyyət göstərəcəklər.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın