Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Gürcülər Avropaya vizasız gedəcəklər

Gürcülər Avropaya vizasız gedəcəklər

Gürcüstan vətəndaşları Avropaya vizasız gedə biləcəklər.

AzVision.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Bildirilib ki, Avropa Komissiyası Ukrayna və Gürcüstanın Avropa İttifaqı ilə vizasız rejimə keçmək üçün bütün lazımi tələbləri yerinə yetirdiyini bəyan edib,

Avropa Komissiyasının dərc etdiyi hesabata görə, Gürcüstan tərəfindən Viza rejiminin liberallaşdırması üzrə hərəkət planının ikinci fazasının dörd bloku üzrə tələblərin yerinə yetirilməsi Avropa və beynəlxalq standartlara uyğundur.

Təkliflər qəbul edildikdən sonra Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedə biləcəklər.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın