Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Gündə 30 kişi tərəfindən zorlanan qızın dəhşətli hrkayəsi…

Gündə 30 kişi tərəfindən zorlanan qızın dəhşətli hrkayəsi…

Meksikada insan alverçilərinin yaratdığı dəhşəti söylədikləri ilə gözlər önünə sərən Qarla Jacinto indi əlil gənc qızlar üçün savaşır.

İnsan alverçiləri onu bir seks köləsi halına gətirəndə hələ 12 yaşında idi.

Bir metro stansiyasında yoldaşlarını gözləyən Qarla insan alverçiləri tərəfindən saxlanılıb. 4 il ərzində dəhşətli bir həyat yaşayan gənc qız həftənin yeddi günü dayanmadan təcavüzə uğrayıb.

Təxminən 43 min zorlama

Həyat qadını olaraq işlədilən Qarla Jacinto insan alverçiləri ilə keçirdiyi ilk gündə istəyi xaricində seksə məcbur edilib və bu dörd il ərzində davam edib.

Gündə ən azı 30 adamla əlaqəyə girən Qarla təxminən 43 min ayrı təcavüz halı yaşayıb. İnsan alverçilərindən azad edildiyi 2008-ci ildə Qarla 16 yaşında olub.

Yaşadığı kabusu ailələrin və gənc qızların çox diqqətli olması məqsədilə ilk dəfə CNN İnternational kanalına danışan Qarla minlərlə qızın həyatının bu şəkildə məhv edildiyini deyir.

O, insan alverçilərinin qaldığı evə hər həftə yeni qızlar gətirildiğni də söyləyib.

Birlikdə olduğu adamların bir qisminin ona güldüyünü söyləyən Qarla yaşadığı kabusu bu sözlərlə ifadə edir:

“Mənə gülürdülər. Çünki mən həmişə ağlayırdım. Gözlərimi yumub bu adamın mənə etdiyi şeyi görməməyə çalışırdım. Beləcə, heç nə hiss etmirdim”.

Qarla Jacintonun artıq yeganə məqsədi yaşadıqlarını bütün dünya ilə paylaşıb eyni vəziyyətdə olan gənc qızları xilas etmək və bu tələlərdən onları qorumaqdır. Məhz bu səbəbdən bütün dünyanı gəzərək təcrübələrini izah edir. (PRESSDAY.az)

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın