Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / İqtisadiyyat / Günəş və külək qaza qarşı “birləşib”

Günəş və külək qaza qarşı “birləşib”

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 325 ABŞ dollarından aşağı enib.

27 iyul tarixində avqust fyuçerslərinin qiyməti Niderlandın “Title Transfer Facility” mərkəzinin indeksi üzrə 323,5 dollar təşkil edib. Bu da öncədəki hesablama qiyməti (333 dollar) ilə müqayisədə 2,8% azdır.

Avropada qazın qiymətinin aşağı düşməsinin səbəbləri nə ilə əlaqəli ola bilər? Yaxın zamanda Avropada qazın qiymətinin artımı gözlənilir, yoxsa getdiqcə aşağı düşəcək?

Məsələ ilə bağlı Neft Araşdırmaları İnstitutunun rəhbəri İlham Şaban Cebhe.info-ya şərhində qeyd edib ki, Avropada müəyyən səbəblərə görə qaza tələbat azalıb:

“Qaz qiymətlərinin Avropada bu qiymətə satılması bazar üçün gözlənilməz hal deyil. Mayın 25-dən başalayaraq, yəni iki aydan çoxdur ki, Avropada qaz qiymətləri 300-350 dollar çərçivəsində tənzimlənir. Səbəbi isə odur ki, yeraltı qaz anbarlarında kifayət qədər ehtiyat toplanıb, ikincisi isə qaza tələbat aşağı düşüb – artan ehtiyaclar isə günəş pabelləri və külək turbinlərindən alınan elektrik enerjisi hesabına qarşılanır,” – deyə İlham Şaban bildirib. 

Həmçinin oxuyun

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UDAM) …