Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / Gülnarə Kərimovanın oğlu Özbəkistan elitasını hədələdi: “İfşa edərəm”

Gülnarə Kərimovanın oğlu Özbəkistan elitasını hədələdi: “İfşa edərəm”

Özbəkistanin birinci prezidentinin böyük qızı Gülnarə Kərimovanın oğlu İslam Kərimov BBC-yə müsahibəsində bildirib ki, onun anasına şər atıblar, ona qarşı bəyanatlar saxtalaşdırılıb, babası qızının şöhrətinə qısqanclıqla yanaşıb. İslam özü isə Özbəkistan hökumətinin üzvlərinə qarşı ifşaedici materialların dərcinə hazırlaşır.Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, avqustun 1-də kiçik İslam Kərimov Yaşnabad rayon məhkəməsinin qərarını əldə edib. Həmin sənəddə bildirilir ki, onun anası iyulun 3-də qəbul edilmiş qərarla həbs olunub, lakin saxlanıldığı yer göstərilmir.

Cinayət işində adı çəkilən 2 milyard dollara gəlincə, İslam Kərimov qeyd edib ki, bu məbləği sübuta yetirəcək heç bir fakt yoxdur və o, bir neçə dəfə artırılıb.

“Mən indi adlar çəkməyəcəyəm, lakin hakimiyyətdə olan – güc strukturlarından tutmuş hər bir nazirə qədər bir çox adamların layihələrlə bağlı böyük sənədi dərc etməyə hazırlaşırıq. Onların hər birinin daha böyük varidatı var – 2 milyard yox, 3-4 milyard və daha çox. Lakin heç kəs bu barədə danışmır”, – kiçik İslam Kərimov bildirib.

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …

Bir cavab yazın