Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Gülnarə Kərimovanın 1,5 milyardlıq sərvəti ələ keçirildi

Gülnarə Kərimovanın 1,5 milyardlıq sərvəti ələ keçirildi

Özbəkistan prokurorluğu məlumat yayıb ki, sabiq prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın 1,5 milyard dollarlıq sərvəti müsadirə ediləcək.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, siyahıya 1,5 milyard dollarlıq daşınmaz əmlak daxildir. Əmlakların 12 fərqli ölkədə yerləşdiyi bildirilir.

Əmlakların ələ keçirilməsi üçün rəsmi proseslərin start götürdüyü deyilir.

Qeyd edək ki, Gülnarə Kərimova bir müddət əvvəl korrupsiyada ittiham edilmiş və barəsində həbs qərarı verilmişdi.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın