Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Gülən Somalidə həlak olan azərbaycanlı müəllimədən yazdı

Gülən Somalidə həlak olan azərbaycanlı müəllimədən yazdı

ABŞ-ın Pensilvaniya ştatında yaşayan türkiyəli dini lider Fətullah Gülən Somalinin Moqadişo şəhərində baş verən terror aktı zamanı ölənlərə görə başsağlığı mesajı yayıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, F.Gülən orada çalışan müəllimlərə və şagirdlərə qarşı belə hücum edənləri lənətləyib: “Moqadişo şəhərində məktəbli avtobusuna hücum nəticəsində 5 gözəl dostumuzun həlak olması və aralarında məktəblilərin də olduğu bir çox insanın yaralanmasına səbəb olan terror son vaxtlar baş verən hadisələrdən yaralanmış ürəyimizi bir də yaraladı. Təhsil verərək xalqa xidmət edən müəllimlər və şagirdlərə qarşı bu və buna bənzər bütün hücumları lənətləyirəm. Müəllim qardaş-bacılarım Xıdır Çalka və Kamiliya İsmayılova ilə yanaşı somalili İsa Hacı, Əmir Ömər Səlim və Məhəmməd Əhməd Araləyə rəhmət diləyirəm.

Onların ana-ataları, həyat yoldaşları, uşaqları və digər yaxınları başda olmaqla bütün əzizlərinə səbr, yaralılara isə şəfa diləyirəm. Bundan başqa bu bədbəxt hadisədə vətəndaşlarını itirən Türkiyə, Azərbaycan və Somali xalqına da baş sağlığı diləyirəm”.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın