Ana səhifə / İqtisadiyyat / “Güləni vermək nə Obamanın, nə də mənim əlimdədir” – Co Bayden

“Güləni vermək nə Obamanın, nə də mənim əlimdədir” – Co Bayden

“Fətullah Güləni Türkiyəyə vermək nə Prezident Obamanın, nə də mənim əlimdədir”.

Bunu ABŞ vitse-prezidenti Co Bayden Türkiyə səfəri öncəsi “Milliyət” qəzeti üçün qələmə aldığı məqalədə deyib.

“Obama və mənim Fətullah Gülənin Türkiyəyə verilməsi barədə hökm verə biləcəyimizi iddia edən şəxslər zərərlidirlər. İcraedici və məhkəmə orqanlarının ayrı və müstəqil səlahiyyətlərə sahib olduğu ABŞ-da bu, mümkün deyil. Bu istiqamətdə hər hansı cəhd etmək qanunlara ziddir”, – Bayden yazıb.

Bayden yazısında Türkiyədən Gülənin deportasiyası tələbi və yaxud hər hansı sübut gəlmədiyini də bildirib:

“Bu, hər məhkəmədə uzun vaxt aparan bir prosesdir. Bunu xüsusi vurğulamaq istəyirəm ki, Gülən üçün çevrilişə cəhddən əvvəlki fəaliyyətləri ilə bağlı deportasiya tələbi almışıq, amma Türkiyədəki çevrilişə cəhdlə bağlı heç bir sübut əlimizə çatmayıb”(Axar.az).

Qeyd edək ki, Bayden bu gün səhər Türkiyəyə gəlib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın