Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Güclü yağış və fırtına İstanbulda fəsadlar törətdi

Güclü yağış və fırtına İstanbulda fəsadlar törətdi

İstanbulda gecə saatlarından yağan güclü yağış və fırtına bir çox fəsadlara yol açıb.

“Hürriyyət” yazır ki, fırtına səbəbindən Memar Sinan körpüsündə kran yük avtomobilinin üstünə düşüb. Hadisə nəticəsində yoldan keçən digər avtomobillər də zərər görüb.

Hazırda yol nəqliyyatın hərəkətinə bağlıdır, kranın qaldırılması üçün iş aparılır.

Bundan başqa, şəhərin Maltəpə rayonunda kranlı avtomobil 8 maşına çırpılaraq yanacaqdoldurma məntəqəsinə girib və aşıb. Qəzada 8 nəfərin yaralandığı bildirilir.

Fırtına İstanbulda dəniz səfərlərinə də təsir edib. İlkin məlumata əsasən, artıq 15-ə qədər bərə reysi təxirə salınıb.

Eləcə də, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, İstanbulun hava limanlarından bir sıra aviareyslər ləğv edilib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın